...

Moskvada koronavirusdan ölənlərin sayı 260-ı keçdi

Dünya xəbərləri Materials 22 Aprel 2020 01:55 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada yeni növ koronavirusdan daha 28 nəfər ölüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 28 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, Moskvada koronavirusdan ölənlərin ümumi sayı 260 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti