...

Moskvada koronavirusdan ölənlərin sayı 695 nəfərə çatıb

Dünya xəbərləri Materials 2 May 2020 00:35 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada koronavirusdan daha 37 nəfər dünyasını dəyişib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 37 xəstə dünyasını dəyişib".

Qeyd edilir ki, şəhərdə koronavirusdan ölənlərin ümumi sayı 695 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti