Bakı. Trend:
Belarusun paytaxtı Minskdə Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 75 illiyi münasibətilə hərbi parad keçirilir.
Trend-in məlumatına görə, paradda 2 900 nəfərə yaxın hərbçi iştirak edir.
Bundan başqa, 206 hərbi texnika mərasimə cəlb olunub. Paradda hərəkət edən kolonun ümumi uzunluğu 2 kilometrə yaxındır.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Belarusda hərbi paradın təxirə salınması gündəmdə olsa da, Prezident Aleksandr Lukaşenko mərasimin keçirilməsinə qərar verib.