...

ABŞ-da ən böyük kommersiya elektrik təyyarəsi uğurla sınaqdan keçirilib

Dünya xəbərləri Materials 29 May 2020 22:50 (UTC +04:00)
ABŞ-da dünyanın ən böyük kommersiya elektrik təyyarəsi "Cessna Grand Caravan 208B" ilk sınaq uçuşunu uğurla başa vurub
ABŞ-da ən böyük kommersiya elektrik təyyarəsi uğurla sınaqdan keçirilib

Bakı. Trend:

ABŞ-da dünyanın ən böyük kommersiya elektrik təyyarəsi "Cessna Grand Caravan 208B" ilk sınaq uçuşunu uğurla başa vurub.

Trend-in məlumatına görə, elektrik mühərriki ilə təchiz olunmuş uçucu aparatı eyni adlı təyyarənin modifikasiyasıdır.

Məlumata əsasən, magni500 elektrik mühərriki ilə təchiz edilmiş "eCaravan"ın uğurlu uçuşu bu gün səhər Qrend Kaunti şəhərinin (Nyu-Mexiko ştatı) Beynəlxalq Hava Limanında AeroTec Uçuş Sınaq Mərkəzində keçirilib.

FlniGlobal aviasiya xəbər portalının magniX rəhbəri Roi Qanzarskiyə istinadən verdiyi məlumata görə, elektrikli təyyarə beş sərnişini götürə və 160 km məsafəni əhatə edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti