...

Böyük Britaniya şahzadəsinin "Facebook"da gizli səhifəsi aşkar edilib

Dünya xəbərləri Materials 31 May 2020 15:02 (UTC +04:00)
“Facebook” sosial şəbəkəsində Böyük Britaniya şahzadəsi Harrinin əvvəllər idarə etdiyi səhifə aşkar edilib
Böyük Britaniya şahzadəsinin "Facebook"da gizli səhifəsi aşkar edilib

Bakı. Trend:

“Facebook” sosial şəbəkəsində Böyük Britaniya şahzadəsi Harrinin əvvəllər idarə etdiyi səhifə aşkar edilib.

Trend-in məlumatına görə, səhifəni “Daily Mirror” qəzetinin əməkdaşları tapıb.

Qeyd olunur ki, Spayk Uells adlı şəxsin adını daşıyan səhifə 2008-2012-ci illərdə fəal olub. Daha sonra, səhifə silinib.

Səhifədə şahzadə Harrinin keçmiş sevgilisi Çelsi Devi ilə şəkilləri yer alıb.

Jurnalistlər müəyyən edib ki, şahzadə Harrinin uşaqlıqda saç düzümünə görə təxəllüsü Spayk olub.

Xatırladaq ki, şahzadə Harri ötən il kral ailəsindən uzaqlaşaraq şahzadə titulundan imtina etmişdi.

Qeyd edək ki, kral ailəsinin mühafizə xidməti şəxsi təhlükəsizlik məqsədilə ailə üzvlərinin sosial şəbəkələrdən istifadəsini məqsədəuyğun saymır.

Qeyd edək ki,

Məqalədə:
Xəbər lenti

Xəbər lenti