Bakı. Trend::
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 134 mindən çox artıb.
Trend-in məlumatına görə, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.
Ötən sutka ərzində 134 150 nəfər yeni koronavirusa yoluxub, 4 342 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 7 766 952, ölənlərin isə 429 736 nəfərə çatıb.