...

Çinin daha bir şəhərində koronavirusa görə hərbi vəziyyət elan edilib

Dünya xəbərləri Materials 15 İyun 2020 10:12 (UTC +04:00)
Çinin daha bir şəhərində koronavirusa görə hərbi vəziyyət elan edilib

Bakı. Trend:

Çinin Hubey əyalətinin Baodin şəhərində hərbi vəziyyət elan edilib.

Trend-in məlumatına görə, buna bir neçə gün əvvəl paytaxt Pekində bazarların birində yeni koronavirus ocağının aşkar edilməsi səbəb olub.

Baodin şəhəri Pekinin qonşuluğunda yerləşdiyi üçün iki şəhər arasında sərnişin və yük daşımaları sıx həyata keçirilir. Baodində 11 milyon əhali yaşayır.

Qeyd edək ki, ötən həftəsonu Pekinin bazarlarından birində 50-yə yaxın şəxsdə koronavirus aşkar edilmişdi. Bununla əlaqədar, ətraf rayonlarda hərbi rejim elan edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti