...

Moskvada koronavirusdan ölənlərin sayı 3 386 nəfərə çatıb

Dünya xəbərləri Materials 16 İyun 2020 01:49 (UTC +04:00)

Bakı. Trend:

Ötən sutka ərzində Rusiyanın paytaxtı Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası ilə bağlı edilən testlərin müsbət çıxdığı daha 52 xəstə vəfat edib.

Trend-in məlumatına görə, bu barədə paytaxtın koronavirusa nəzarət və monitorinq üzrə baş qərargahından bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 52 xəstə dünyasını dəyişib".

Ümumilikdə Rusiyanın paytaxtında koronavirusdan 3 386 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti