...

KXDR Cənubi Koreya ilə sərhədi yaxınlığında hərbi təlimləri bərpa etmək niyyətindədir

Dünya xəbərləri Materials 17 İyun 2020 03:29 (UTC +04:00)
KXDR Cənubi Koreya ilə sərhədi yaxınlığında hərbi təlimləri bərpa etmək niyyətindədir

Bakı. Trend:

Koreya Xalq Demokratik Respublikasının (KXDR) hakimiyyəti Kımqansan kurort kompleksi və Keson şəhəri ətrafına Koreya Respublikasının mümkün hərəkətlərinə qarşı müdafiə tədbirləri həyata keçirmək üçün hərbi bölmələr göndəcək.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Koreya Xalq Ordusunun Baş Qərargahının nümayəndəsi bildirib.

Onun sözlərinə görə, daha əvvəl Cənub və Şimal hərbçilərinin razılaşmasına uyğun olaraq geri çağırılan mülki müdafiə postları yenidən iki dövlətin sərhədindəki demilitarizasiya zonasına göndəriləcək. Bundan əlavə, Pxenyan Cənubla sərhəd yaxınlığında bütün növ hərbi təlimləri bərpa etmək niyyətindədir.

KXDR-nın Baş Qərargahından həmçinin bildiriblər ki, bu addımlarla gələcək fəaliyyət planlarını ətraflı araşdırıb Koreya Əmək Partiyasının Mərkəzi Hərbi Komitəsinə təsdiq üçün təqdim edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti