...

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 120 mindən çox artıb

Dünya xəbərləri Materials 18 İyun 2020 04:19 (UTC +04:00)
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 120 mindən çox artıb

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 120 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyunun 17-si saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 119 759 nəfər yeni koronavirusa yoluxub, 5 494 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 8 061 550, ölənlərin isə 440 290 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 3 899 859 yoluxma və 205 555 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 452 247, ölənlərin sayı isə 189 582 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 817 458 yoluxma və 18 057 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti