...

Çində ötən sutka ərzində 28 yeni koronavirusa yoluxma halı qeydə alınıb

Dünya xəbərləri Materials 18 İyun 2020 06:58 (UTC +04:00)

Bakı. Trend:

Çində ötən sutka ərzində 28 nəfərdə yeni növ koronavirusun aktiv forması aşkarlanıb.

Trend-in məlumatına görə, bu barədə ÇXR-in gigiyena və səhiyyə üzrə dövlət komitəsi xəbər verib.

Yeni yoluxma hallarından 4-ü xaricdən gələn vətəndaşlarda, 24-ü isə ölkə daxilində qeydə alınıb: Pekin şəhərində (21) və Hebey əyalətində (3).

Qeyd edilir ki, son sutka ərzində Çində koronavirusdan ölüm halı qeydə alınmayıb. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 83.2, ölənlərin sayı isə 4.6 min nəfəri ötüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti