...

Qırğızıstan Prezidenti koronavirusa görə paradda iştirak edə bilmədi

Dünya xəbərləri Materials 24 İyun 2020 13:53 (UTC +04:00)

Bakı. Trend:

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov koronavirusa görə Moskvada hərbi paradda iştirak edə bilməyib.

Trend-in məlumatına görə, Prezident Moskvaya gəldikdən sonra onu müşayiət edən nümayəndə heyətindən iki nəfərdə virus aşkar edilib.

Bununla əlaqədar olaraq, S.Jeenbekov parada qatılmamaq qərarı alıb.

Həmin şəxslərin sağlamlıq vəziyyəti barədə ətraflı məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti