...

Ermənistan parlamentinin iki deputatı koronavirusa yoluxub

Dünya xəbərləri Materials 24 İyun 2020 18:04 (UTC +04:00)
Ermənistan parlamentinin iki deputatı koronavirusa yoluxub

Bakı. Trend:

Ermənistan parlamentinin iki deputatı koronavirusa yoluxub.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, hakim “Mənim addımım” partiyasının deputatları Kristine Poqosyan və Viktor Yengibaryanın testi müsbət nəticələnib.

Hər iki deputat özünütəcrid formada, evdə müalicələrini davam etdirir.

Bundan əvvəl, Ermənistan parlamentinin vitse-spikeri Vahe Enfiacyan COVID-19-a yoluxduğunu elan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti