...

Ermənistanda koronavirusdan ölənlərin sayı 400 nəfəri keçdi

Dünya xəbərləri Materials 26 İyun 2020 11:20 (UTC +04:00)
Ermənistanda koronavirusdan ölənlərin sayı 400 nəfəri keçdi

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 23 247 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 759 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 13 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 410 nəfər koronavirusdan ölüb, 10 557 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti