...

Türkiyədə koronavirusdan sağalanların sayı 198 min nəfəri ötüb

Dünya xəbərləri Materials 16 İyul 2020 22:01 (UTC +04:00)
Türkiyədə koronavirusdan sağalanların sayı 198 min nəfəri ötüb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 21 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 440 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 933 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 216 873 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 087 nəfər olmaqla 198 820 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti