...

Misirdə mikroavtobus kanala aşıb, ölənlər var

Dünya xəbərləri Materials 3 Avqust 2020 02:15 (UTC +04:00)
Misirdə mikroavtobus kanala aşıb, ölənlər var

Bakı. Trend:

Misirdə mikroavtobus kanala aşıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, insident Əl-Maryutiya rayonunda, Giza piramidaları yaxınlığında baş verib.

Məlumata əsasən, hadisə nəticəsində 8 nəfər həlak olub, 7 nəfəri xilas etmək mümkün olub.

Qeyd edilir ki, mikroavtobusun kanala aşmasına sürücünün idarəetməni itirməsi səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti