Bakı. Trend:
Şotlandiyanın Aberdin şəhərində və ətraf ərazilərdə koronavirusa yoluxma hallarının artması ilə əlaqədar təkrar sərt karantin rejimi elan edilib.
Trend-in məlumatına görə, bu qərarı Şotlandiyanın Birinci naziri Nikola Stercen açıqlayıb.
Yeni qərara əsasən, Aberdin sakinləri evdən yalnız 5 mil məsafədə asudə vaxt keçirmək üçün uzaqlaşa bilərlər.
Digər şəhər sakinlərinə Aberdinə gəlməmək, yerli sakinlərə isə bir-birilərinin evlərinə getməmək tövsiyə edilib.
Bu qərarın qəbul olunmasına səbəb regiondakı koronavirus klasterində 54 yeni yoluxmanın qeydə alınması olub.