...

Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 22 milyonu ötüb

Dünya xəbərləri Materials 18 Avqust 2020 08:07 (UTC +04:00)
Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 22 milyonu ötüb

Bakı. Trend:

Dünyada COVID-19 virusuna yoluxanların sayı 22 milyon nəfəri ötüb.

Trend pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, dünyada sutka ərzində 5 mindən çox yoluxma halı aşkarlanıb, 363 nəfər həyatını itirib.

Saytın son məlumatına əsasən, hazırda dünya üzrə koronavirus infeksiyasına yoluxanların sayı 22 049 426 nəfərə, ölənlərin sayı isə 777 439 nəfərə çatıb. Eyni zamanda, 14,7 mindən çox insan COVID-19 xəstəliyindən sağalıb, 6 480 128 xəstənin müalicəsi davam edir.

Xatırladaq ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyənləşdirib. Martın 11-də koronavirus infeksiyasının yayılması pandemiya elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti