...

Yunanıstanda daha 284 nəfər koronavirusa yoluxub

Dünya xəbərləri Materials 24 Avqust 2020 03:04 (UTC +04:00)

Bakı. Trend:

Yunanıstanda sutkada koronavirus xəstəliyinə yoluxanların sayı 284 nəfər artıb. Bu, pandemiya başlayandan bəri 24 saat ərzində ən çox artımdı.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Məlumata əsasən, bununla yoluxanların ümumi sayı 8 664 nəfərə çatıb:

"Son 24 saat ərzində iki nəfər vəfat edib. Nəticədə, ölkədə (pandemiya başlayandan bəri) koronavirus səbəbindən ölənlərin ümumi sayı 242-ə çatdı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti