...

Türkiyənin sabiq Baş naziri koronavirusa yoluxub

Dünya xəbərləri Materials 3 Sentyabr 2020 15:57 (UTC +04:00)
Türkiyənin sabiq Baş naziri koronavirusa yoluxub

Bakı. Trend:

Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu barədə B.Yıldırım öz "Twitter" səhifəsində yazıb.

O bildirib ki, özünün və həyat yoldaşı Semiha Yıldırımın koronavirus testləri müsbət nəticələnib.

Sabiq Baş nazir vəziyyətlərinin yaxşı olduğunu, evdə müalicə olunduqlarını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti