...

Əfqanıstanda qubernatorun iqamətgahı yaxınlığında partlayış: Onlarla ölü və yaralı var

Dünya xəbərləri Materials 3 Oktyabr 2020 15:25 (UTC +04:00)
Əfqanıstanda qubernatorun iqamətgahı yaxınlığında partlayış: Onlarla ölü və yaralı var

Bakı. Trend:

Əfqanıstanın Nanqarhar əyalətində avtomobilin partladılması nəticəsində 13 nəfər həlak olub.

Trend-in məlumatına görə, daha 30 nəfər hadisə nəticəsində xəsarət alıb.

Qeyd olunur ki, partlayış əyalət qubernatorunun iqamətgahı yaxınlığında törədilib. Partlayışdan sonra bir qrup silahlı iqamətgaha daxil olmaq istəyib.

Onların qarşısı təhlükəsizlik qüvvələri tərəfindən alınıb.

Həlak olanlardan 8 nəfərinin dinc sakin olduğu deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti