Bakı. Trend:
Ddünyada koronavirusa yoluxanların sayı 36 026 644 nəfərə çatıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.
Məlumata əsasən, ümumilikdə koronavirusun yaratdığı xəstəlikdən 1 053 357 nəfəri ölüb, 25 117 417 nəfəri isə sağalıb.
Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (7 544 612), Hindistanda (6 757 131) və Braziliyada (4 969 141) qeydə alınıb.