...

Rusiyada koronavirusa gündəlik yoluxma və ölüm saylarında rekord qeydə alınıb

Dünya xəbərləri Materials 13 Oktyabr 2020 12:57 (UTC +04:00)

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 1,32 milyon nəfəri keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 13 868 nəfər virusa yoluxub, 244 nəfər isə həyatını itirib.

Həm gündəlik yoluxma, həm də ölüm sayında rekord qeydə alınıb.

Bu günə qədər Rusiyada 1 326 178 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 22 966 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 031 785 nəfər virusdan sağalıb, 271 427 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti