...

Türkiyə istənilən vəziyyətdə Azərbaycanı dəstəkləməyə hazırdır - Çavuşoğlu

Dünya xəbərləri Materials 14 Oktyabr 2020 05:26 (UTC +04:00)

Bakı. Trend:

Ankara istənilən vəziyyətdə həm döyüş meydanında, həm də danışıqlar masasında Azərbaycana dəstək olacaq.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu İsveçli həmkarı Ann Kristin Linde ilə ortaq mətbuat konfransında bildirib.

Türk diplomatiyasının rəhbəri Cənubi Qafqazda atəşkəs çağırışları ilə yanaşı, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması üçün tələblərin səsləndirilməsinin vacib olduğunu vurğulayıb.

M.Çavuşoğlu yalnız bu halda beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll etmək həqiqi arzusundan danışmaq mümkün olacağını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti