...

Rusiyada 16 mindən çox yoluxma qeydə alınıb

Dünya xəbərləri Materials 20 Oktyabr 2020 16:26 (UTC +04:00)
Rusiyada 16 mindən çox yoluxma qeydə alınıb

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 1,43 milyon nəfəri keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 16 319 nəfər virusa yoluxub, 269 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 431 635 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 24 635 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 085 608 nəfər virusdan sağalıb, 321 392 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti