...

Qazaxıstanda koronavirusa daha 613 nəfər yoluxub

Dünya xəbərləri Materials 7 Noyabr 2020 08:41 (UTC +04:00)
Qazaxıstanda koronavirusa daha 613 nəfər yoluxub

Bakı. Trend:

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) daha 613 nəfər yoluxub.

Trend-in "Kazinform"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 115 439 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 107 530 nəfəri sağalıb, 1857 nəfəri isə vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti