...

İsraildə koronavirusa yoluxanların sayı 325 min nəfəri ötüb

Dünya xəbərləri Materials 18 Noyabr 2020 05:11 (UTC +04:00)

Bakı. Trend:

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 600 nəfər yoluxub.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 325 355 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 314 567 nəfəri sağalıb, 2 736 nəfəri isə vəfat edib.

Qeyd edilir ki, aktiv koronavirus xəstələrinin sayı 8 052 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti