...

Rusiya İkinci dünya müharibəsinə aid bir sıra arxiv materiallarını ictimailəşdirib

Dünya xəbərləri Materials 20 Noyabr 2020 14:37 (UTC +04:00)
Rusiya İkinci dünya müharibəsinə aid bir sıra arxiv materiallarını ictimailəşdirib

Trend-i buradan izləyin

Bakı. Trend:

Rusiya hüquq-mühafizə orqanları İkinci dünya müharibəsinə aid bir sıra arxiv materiallarını ictimailəşdirib.

Trend-in məlumatına görə, üzərindən məxfilik qrifi götürülən materiallar əsasən faşist işğalçılarının cinayətləri ilə bağlı sənədlərdir.

Bu cür arxiv sənədləri Rusiyanın 20-dən çox subyektində açılıb.

Qeyd olunur ki, hazırda Kareliya, Krasnodar diyarı, Leninqrad, Rostov vilayətləri və digər regionlarda nasist cəza dəstələrinin cinayətləri araşdırılır.

Rusiya bu əməllərin müharibə cinayəti və bəşəriyyətə qarşı cinayət kimi tanınması üçün müraciət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti