...

Lavrovla Paşinyanın görüşü keçirilir (FOTO)

Dünya xəbərləri Materials 21 Noyabr 2020 13:05 (UTC +04:00)

Bakı. Trend

Yerevanda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova öz "Facebook" səhifəsindən bildirib.

Görüşdən foto paylaşan M.Zaxarova şəkli altına "Dramaturgiya" ifadəsini yazıb.

Qeyd edək ki, bu gün Ermənistana Rusiyanın qurumlararası nümayəndə heyəti səfər edib. Nümayəndə heyətinə S.Lavrovla yanaşı, müdafiə naziri, fövqəladə hallar naziri və baş nazirin müavini daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti