...

Rusiyada sutka ərzində 26 mindən çox insan koronavirusa yoluxub

Dünya xəbərləri Materials 29 Noyabr 2020 13:16 (UTC +04:00)
Rusiyada sutka ərzində 26 mindən çox insan koronavirusa yoluxub

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 2,26 milyon nəfəri keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 26 683 nəfər virusa yoluxub, 459 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 2 269 316 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 39 527 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 761 457 nəfər virusdan sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti