...

Yerevanda zavod yanıb

Dünya xəbərləri Materials 3 Dekabr 2020 11:04 (UTC +04:00)
Yerevanda zavod yanıb

Bakı. Orxan Nəbiyev - Trend:

Yerevanda polietilen paket istehsalı zavodunda yanğın baş verib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, yanğın gecə saatlarında başlayıb.

Hadisə nəticəsində iki dəzgah, dam örtüyü və inşaat tullantıları yanıb.

Yanğının qarşısı bir saatdan çox müddət alınıb. Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti