Bakı. Trend:
Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) rekord sayda 45 533 yoluxma halı qeydə alınıb.
Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 3,164,051 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka koronavirusdan daha 1 243 nəfər ölüb, ölənlərin sayı 83 203 nəfər təşkil edir.