...

İranda 7 mindən çox şəxs koronavirusa yoluxub, 67 nəfər ölüb

Dünya xəbərləri Materials 4 Fevral 2021 14:48 (UTC +04:00)
İranda 7 mindən çox şəxs koronavirusa yoluxub, 67 nəfər ölüb

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 7 040 nəfər koronavirusa (COVID-19) yoluxub.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 1 445 326 nəfərə çatıb. Virus daşıyıcılarından 3 825 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 67 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 58 256 nəfərə çatıb.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 235 581 nəfər koronavirusdan sağalıb, 9,5 milyondan çox diaqnoz testi həyata keçirilib.

İranın rayonları koronavirusa yoluxmada 18 rayon narıncı, 124 rayon sarı, 306 rayon isə mavi zona hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti