...

Gürcüstanın hakim partiyası baş nazir vəzifəsinə namizədini irəli sürüb

Dünya xəbərləri Materials 18 Fevral 2021 17:29 (UTC +04:00)
Gürcüstanın hakim partiyası baş nazir vəzifəsinə namizədini irəli sürüb

Bakı. Orxan Nəbiyev - Trend:

Gürcüstanda hakim "Gürcüs arzusu - Demokratik Gürcüstan partiyası" baş nazir vəzifəsinə hazırkı müdafiə naziri İrakli Qaribaşvilinin namizədliyini irəli sürüb.

Trend-in məlumatına görə, bunu partiyanın sədri İrakli Kobaxidze deyib.

O bildirib ki, yeni baş nazirin təyinatı ilə bağlı səsvermənin sabah keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, İ.Qaribaşvili 2013-2015-ci illərdə Gürcüstanın baş naziri olub.

Bu gün səhər saatlarında Georgi Qaxariya vəzifəsindən istefa vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti