...

Tailand peyvəndlənən turistlər üçün karantin müddətini iki dəfə azaldır

Dünya xəbərləri Materials 8 Mart 2021 17:21 (UTC +04:00)
Tailand peyvəndlənən turistlər üçün karantin müddətini iki dəfə azaldır

Bakı. Orxan Nəbiyev - Trend:

Tailand hökuməti koronavirusa qarşı peyvənd olunduqdan sonra ölkəyə gələn turistlərin karantin müddətini hazırkı 14 gündən 7 günədək azaldacaq.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi qərar verib.

Yeni karantin qaydası, həmçinin son 72 saat ərzində mənfi koronavirus test nəticəsini təqdim edən turistlərə də şamil olunacaq.

Yeni qaydalar aprel ayından tətbiq olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti