...

Yaponiyada qar uçqunu nəticəsində bir nəfər ölüb

Dünya xəbərləri Materials 14 Mart 2021 21:23 (UTC +04:00)
Yaponiyada qar uçqunu nəticəsində bir nəfər ölüb

Bakı. Trend:

Yaponiyanın Norikura dağının yamacında qar uçqunu nəticəsində bir nəfər öldü, ikisi yüngül xəsarətlər alıb.

Trend-in məlumatına görə, bu barədə "Kyodo" agentliyi xəbər verib.

Bildirilib ki, daha iki nəfər qarın altında qalıb, ancaq özləri oradan çıxa biliblər və xəsarət almayıblar.

Yerli hakimiyyətin orqanlarının verdiyi məlumata əsasən, uçqun bu bölgədə güclü qar yağması səbəbindən dağın zirvəsində böyük həcmdə qar yığılması ilə əlaqəli ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti