...

İranda İlaxır çərşənbədə 9 nəfər ölüb, 2 minə yaxın şəxs yaralanıb

Dünya xəbərləri Materials 17 Mart 2021 09:55 (UTC +04:00)
İranda İlaxır çərşənbədə 9 nəfər ölüb, 2 minə yaxın şəxs yaralanıb

Bakı. Elnur Bağışov - Trend:

İranda İlaxır çərşənbə ilə əlaqədar atəşfəşanlıqlarda 1 894 nəfər yaralanıb, 9 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib.

M.Xaledinin sözlərinə görə, ötən il İlaxır çərşənbədə 1 468 nəfər yaralanıb, 4 nəfər ölüb.

Yaralıların 18%-i qadınlar, 82%-i kişilərdir. Yaralıların 42%-i 6-18 yaş qrupuna aiddir. Ən çox yaralananlar Tehranda (553 nəfər), Təbrizdə (185 nəfər), Kirmanşahda (140 nəfər) olub.

527 nəfər gözündən xəsarət alıb, ötən il bu rəqəm 512 nəfər olub. 131 nəfərin bədən üzvü amputasiya edilib, halbuki bu rəqəm ötən ildə 191 nəfər olub. Yaralananlardan 70%-i partlayıcı maddələrdən istifadə edənlər, 30%-i isə yoldan keçənlər və ya xilasetmə əməkdaşlar olublar.

Qeyd edək ki, İranda İlaxır çərşənbə axşamı əhali atəşfəşanlıqlar təşkil edir. Bu atəşfəşanlıqlarda kustar üsulla hazırlanan tezalışan və pirotexniki vasitələrdən istifadə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti