...

Ərəb koalisiyası husilərin dronunu məhv edib

Dünya xəbərləri Materials 26 Mart 2021 20:38 (UTC +04:00)
Ərəb koalisiyası husilərin dronunu məhv edib

Bakı. Trend:

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyanın hava hücumundan müdafiə sistemləri pilotsuz uçuş aparatını ələ keçirərək məhv edib.

Trend-in "Sky News Arabiya" telekanalına istinadən verdiyi məlumata görə, PUA Yəmənin "Ənsar Allah" hərəkatının üsyançılarına (husilər) məxsus olub.

Bildirilir ki, PUA Səudiyyə Ərəbistanının Hamis-Muşayt şəhəri istiqamətində buraxılıb. İnsident nəticəsində xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti