Bakı. Trend:
Myanmanın müxtəlif şəhərlərində ötən gün etiraz aksiyalarının dağıdılması zamanı ən azı 102 nəfər ölüb.
Trend-in məlumatına görə, bu barədə ölkənin yerli nəşri "The Irrawaddy" bildirib.
Bildirilib ki, ölənlər arasında 5 ilə 15 yaş aralığında dörd uşaq olub.
Nəşr qeyd edib ki, etirazların keçirildiyi müddət ərzində qurbanların ümumi sayı 429-a çatıb.