...

İranda ötən sutka təxminən 12 min nəfər koronavirusa yoluxub, 94 nəfər ölüb

Dünya xəbərləri Materials 1 Aprel 2021 13:46 (UTC +04:00)
İranda ötən sutka təxminən 12 min nəfər koronavirusa yoluxub, 94 nəfər ölüb

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 11 750 nəfər koronavirusa (COVID-19) yoluxub.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 1 897 314 nəfərə çatıb. Virus daşıyıcılarından 3 989 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 94 nəfər koronavirusdan ölüb. Beləliklə ölkədə bu virusdan ölənlərin sayı 62 759 nəfərə yüksəlib.

İranda indiyədək 1 626 144 nəfər koronavirusdan sağalıb, 12,8 milyondan çox diaqnoz testi həyata keçirilib.

Koronavirusa yoluxma üzrə 32 rayon qırmızı və 85 rayon narıncı mavi zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Həmçinin 272 rayon sarı, 59 rayon isə mavi zona hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti