...

Kanada Hindistana tibbi avadanlıq göndərir

Dünya xəbərləri Materials 12 May 2021 05:47 (UTC +04:00)
Kanada Hindistana tibbi  avadanlıq göndərir

Bakı. Trend:

Kanada hökuməti Hindistana bu ölkədə koronavirus xəstəliyinin yayılması fonunda müxtəlif tibbi yardım göndərir.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Kanadanın baş naziri Castin Trüdo açıqlama verib.

Bildirilir ki, tibbi avadanlıqdan ibarət yardım hərbi hava qüvvələrinin iki təyyarəsi vasitəsi ilə çatdırılacaq.

"Pandemiya səbəbiylə böhran içində olan digər ölkələrə kömək etməyə davam edirik" - Trüdo deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti