...

Meksikada narkotacirlərin hücumu nəticəsiəndə iki əsgər ölüb

Dünya xəbərləri Materials 15 May 2021 05:27 (UTC +04:00)
Meksikada narkotacirlərin hücumu nəticəsiəndə iki əsgər ölüb

Bakı. Trend:

Meksikanın qərbindəki Miçoacan ştatının Agililya şəhəri yaxınlığında hücum narkotik alverçilərinin hücumu zamanı iki əsgər ölüb.

Trend TASS-a istinadən xəbər verir ki, bunu dövlət başçısı Andres Manuel Lopes Obrador mətbuat konfransında deyib.

Bildirilir ki, son aylarda yerli narkotik kartel Agililyada nəzarət üzərində digər dəstələrlə mübarizə aparır. May ayının əvvəlinə qədər geniş yayılmış şiddət səbəbiylə təxminən 1,5 min sakin şəhəri tərk edib.

Rəsmi rəqəmlərə görə 2020-ci ildə Meksikada 34,500 qəsdən qətl törədilib ki, bu da rekord olan 2019-dan 0,4 faiz azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti