...

Rusiya Türkiyə və Tanzaniyaya uçuş qadağasının vaxtını uzadıb

Dünya xəbərləri Materials 1 İyun 2021 06:28 (UTC +04:00)
Rusiya Türkiyə və Tanzaniyaya uçuş qadağasının vaxtını uzadıb

Bakı. Trend:

Rusiya Türkiyə və Tanzaniya ilə hava əlaqəsinə tətbiq edilən məhdudiyyətlərin vaxtını iyunun 21-dək uzadıb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın koronavirusla mübarizə üzrə operativ qərargahından bildiriblər.

Məlumata əsasən, məhdudiyyətlərin vaxtı sözügedən ölkələrdə çətin epidemioloji vəziyyətin olması ilə əlaqədar uzadılıb.

Bundan əlavə, iyunun 2-dən etibarən Rusiya və Böyük Britaniya arasında müntəzəm uçuşlar bərpa edilir. Aviareyslər Moskva-London marşrutu üzrə həftədə 3 dəfə həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti