...

ABŞ qoşunlarının və silahlarının bir hissəsini bəzi Yaxın Şərq ölkələrindən çıxaracaq

Dünya xəbərləri Materials 19 İyun 2021 07:33 (UTC +04:00)
ABŞ qoşunlarının və silahlarının bir hissəsini bəzi Yaxın Şərq ölkələrindən çıxaracaq

Bakı. Trend:

ABŞ prezidenti Co Baydenin administrasiyası bir sıra Yaxın Şərq ölkələrindən ABŞ hərbi qüvvələri və silahlarının bir hissəsinin çıxarılmasına başlayıb.

Trend-in məlumatına görə, bu barədə "The Wall Street Journal" qəzeti xəbər verib.

Məlumata əsasən, ABŞ, xüsusən İraq, Küveyt, İordaniya və Səudiyyə Ərəbistanından Patriot zenit raket komplekslərinin təxminən səkkiz batareyasının yerini dəyişdirəcək. Bundan əlavə, Səudiyyə Ərəbistanından THAAD (Terminal High Altitude Area Defence) əməliyyatlar teatrında Amerikanın raketdən müdafiə sisteminin bir kompleksi çıxarılacaq.

Bu silahların əksəriyyəti Səudiyyə Ərəbistanından çıxarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti