...

Koronavirusun Hindistan ştammının yeni növü aşkarlanıb

Dünya xəbərləri Materials 21 İyun 2021 07:26 (UTC +04:00)
Koronavirusun Hindistan ştammının yeni növü aşkarlanıb

Bakı. Trend:

Hindistanın Maharaştra ştatında koronavirusun "delta plus" adı almış ştammının yeni növü aşkarlanıb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, "delta plus" ştammının yeni növünə ümumilikdə 20 yoluxma halı qeydə alınıb.

Məlumata əsasən, yoluxma halları ştatın 4 rayonunda - Sindhudurq, Ratnaqir, Palqar və Calqaone rayonlarında qeydə alınıb.

Ştatın səhiyyə naziri Raceş Tope sözügedən məsələni müzakirə etməkdən imtina edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti