...

Kanadanın qərbində anomal 45 dərəcə istilik müşahidə olunub

Dünya xəbərləri Materials 29 İyun 2021 03:12 (UTC +04:00)
Kanadanın qərbində anomal 45 dərəcə istilik müşahidə olunub

Bakı. Trend:

Kanadanın qərb vilayətlərində anomal isti hava şəraiti müşahidə olunub.

Trend-in məlumatına görə, bu barədə ölkənin Milli Meteorologiya Bürosu bildirib.

Məlumata əsasən, isti hava Alberta, Britaniya Kolumbiyasl vilayətlərində, Saskaçevan əyalətinin bəzi rayonlarında, eləcə də ölkənin arktik ərazilərinin cənub hissələrində - Yukon və Şimal-Qərb ərazilərində qeyd olunub.

Bazar ertəsi ərzində burada temperatur 40-45 dərəcəyə kimi olub. Bəzi bölgələrdə istilər iyunun 29-da azalmağa başlayacaq, bəzi yerlərdə isə həftənin sonuna kimi davam edəcək. Ölənlər barədə hələ məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti