...

Türkiyə ordusu Suriyanın şimalında daha 3 terrorçunu məhv edib - Müdafiə Nazirliyi

Dünya xəbərləri Materials 27 İyul 2021 23:01 (UTC +04:00)
Türkiyə ordusu Suriyanın şimalında daha 3 terrorçunu məhv edib - Müdafiə Nazirliyi

Bakı. Trend:

Suriyanın şimalında "Fərat Qalxanı" əməliyyatı zonasında PKK terror təşkilatının Suriya qanadı olan "YPG"nin daha üç üzvü məhv edilib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, Türkiyə Silahlı Qüvvələrinin əməliyyatları Suriyada hərbi avtomobilin atəşə tutulması nəticəsində iki hərbçinin ölümünə cavab olaraq həyata keçirilir.

Bildirilir ki, cavab tədbirləri nəticəsində məhv edilən terrorçuların sayı 15-ə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti