...

Vaksinasiya Almaniyada 38 min ölümün qarşısını alıb - Hesabat

Dünya xəbərləri Materials 7 Avqust 2021 16:07 (UTC +04:00)
Vaksinasiya Almaniyada 38 min ölümün qarşısını alıb - Hesabat

Bakı. Orxan Nəbiyev - Trend:

Almaniyada koronavirusa qarşı vaksinasiya kampaniyası 38 min ölüm halının qarşısını alıb.

Trend-in məlumatına görə, bu barədə Almaniyanın Robert Kox İnstitutunun hesbatında deyilir.

Qeyd olunur ki, vaksinasiyanın davam etdiyi 7 aya yaxın müddət ərzində 700 min yoluxmanın da qarşısı alınıb.

Bugünədək Almaniyada 3,7 milyon yoluxma qeydə alınıb, 91 min nəfər vəfat edib.

Ölkədə əhalinin 53 faizi koronavirusa qarşı tam vaksinlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti