...

ABŞ hərbçiləri Kabil hava limanına nəzarət etməyə davam edirlər - Pentaqon

Dünya xəbərləri Materials 28 Avqust 2021 03:14 (UTC +04:00)
ABŞ hərbçiləri Kabil hava limanına nəzarət etməyə davam edirlər - Pentaqon

Bakı. Trend:

ABŞ hərbi qulluqçuları Kabil hava limanına tam nəzarət etməyə davam edir.

Trend-in məlumatına görə, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi bildirib.

C.Kirbi qeyd edib: ""Taliban" Həmid Kərzai Beynəlxalq Hava Limanının heç bir hissəsinə nəzarət etmir, bu məlumatları gördüm, yalandır".

Pentaqonun rəsmisi vurğulayıb ki, hava limanı hələ də ABŞ ordusunun nəzarəti altındadır.

Qeyd edək ki, daha əvvəl "Taliban"ın nüməyəndəsi Bilal Kərim öz "Twitter" səhifəsində yazıb ki, paytaxtın hava limanının əhəmiyyətli bir hissəsi taliblərin nəzarətinə keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti