Bakı. Trend:
Meksikanın İdalqo ştatında xəstəxananı su basıb.
Trend-in məlumatına görə, bu barədə ölkə hökumətinin rəsmi "Twitter" səhifəsində deyilir.
Məlumata əsasən, hadisə xəstəxanada 16 nəfərin ölümünə səbəb olub: "Dünən İdalqoda yağan yağışlar Tula çayının daşmasına səbəb olub. Çayın daşması nəticəsində sosial sığorta xidmətinin xəstəxanasını su basıb və 16 nəfər xəstəxanada həlak olub".